İran neft hasilatı və ixracını bərpa edərsə, OPEC+ hasilatı azalda bilər

İran neft hasilatı və ixracını bərpa edərsə, OPEC+ hasilatı azalda bilər

İranın nüvə sazişi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və Tehrana qarşı sanksiyaların ləğvi sayəsində İran neftin hasilatını və ixracını bərpa edərsə, OPEC+ neft hasilatını azalda bilər.

Bu barədə çərşənbə axşamı öz mənbələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, OPEC+ üzvləri nüvə sazişinin mümkün bərpasından narahatdırlar. Belə ki, bunun nəticəsində İran nefti bazara daxil olaraq əlavə həcm yaradacaq.

Məlumata görə, alyans aşağı likvidlik və yüksək volatillikdən əziyyət çəkən neft bazarına təsirini minimuma endirmək üçün hasilatı azaltmağa hazırdır.

Share: