İran parlamentinin deputatları ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından çıxması qərarından sonra kağızdan olan ABŞ bayrağını yandırıblar.
Parlamentarilər “Amerikaya ölüm!” deyə qışqırıblar.
Qeyd olunur ki, bu şüar İran parlamentində tez-tez səsləndirilir.
Qeyd edək ki, bir gün öncə Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxdığını bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton İrana qarşı “ən yüksək səviyyə”də sanksiyalar tətbiq etməyi planlaşdırır.
İran Trampın razılıqdan imtina barədə qərarını “qanunsuz” adlandırıb.