İran prezidenti uzun illər ədavətdən sonra Səudiyyə Ərəbistanına səfər edəcək

İran prezidenti uzun illər ədavətdən sonra Səudiyyə Ərəbistanına səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində iştirak etmək üçün noyabrın 12-də Səudiyyə Ərəbistanına uçacaq.

Məlumata görə, toplantının əsas mövzusu İsrailin HƏMAS hərəkatı ilə müharibəsinin müzakirəsi olacaq.

Xatırladaq ki, Rəisinin səfəri uzun müddətdir ki, ölkələr arasındakı ziddiyyətlərdən sonra ilk yüksək səviyyəli səfər olacaq. Bu ilin martında Çinin vasitəçiliyi ilə tərəflər münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. Oktyabrın 11-də Səudiyyə Ərəbistanı və İran liderləri ilk dəfə telefonla danışıblar. Qarşıdan gələn sammit isə bu yaxınlarda xarici işlər nazirləri tərəfindən müzakirə olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hazırda İslam Əməkdaşlıq Təşkilatına sədrlik edir.

Mənbə: mk.ru

Share: