İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ Prezidenti Cozef Baydeni ikiüzlü və terrorçu olmaqda ittiham edib.
“Qafqazinfo” “İRNA” agentliyinə istinadən xəbər verir ki, nazir bununla bağlı tviter hesabında paylaşım edib.
O, vurğulayıb ki, Baydenin psixi sağlamlığı ilə bağlı problemləri var:
“ABŞ Prezidenti cümə axşamı müraciətində “Narahat olmayın, biz İranı azad edəcəyik” deyib”.
Nazir əlavə edib ki, ABŞ İŞİD-ə dəstək verməklə terrorizmin yayılmasına yol açır və ikiüzlü siyasətini ortaya qoyur.