İranda 21 müğınni həbs edildi

İranda musiqi sahəsində fəaliyyət göstərən, ev şəraitində, qanunsuz kiçik studiyalarda gizli şəkildə mahnılar yazdıran və onlara klip çəkdirdikdən sonra sosial şəbəkələrdə yayan 21 gənc müğənni həbs edilib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə İranın Hormozqan əyalətinin ümumi təhlükəsizlik polisinin rəisi, polkovnik Əli Əsğər İbadi Nik məlumat yayıb. O bildirib ki, hüquq-mühafizə qüvvələrinin tutduğu gənclərdən 12-si kişi, 9-u isə qadın müğənnidir:

“Bu şəxslər, özlərinə məxsus qanunsuz studiyalarda əxlaq və islam dəyərlərinə zidd mahnılar yazdırıb, onlara kliplər çəkdirdikdən sonra onu virtual aləmdə və peyk vasitəsilə xaricdən ölkəyə yayılan düşmən telekanallarında yayırmışlar”.

Həbs edilənlər Bəndər Abbas şəhərindəki polis bölməsinə aparılıb.

Müstəqil.Az

Share: