İran İslam Respublikası ərazisində Azəri-Press Agentliyinin () web səhifəsinə giriş məhdudlaşdırılıb.
Maraqlıdır ki, İran dövlət qurumları tərəfindən bu addım -nın fars dili redaksiyası yaranandan sonra atılıb.
“ Media Qrup” İran dövlət orqanlarının bu addımından təəssüflənir və bunun izahedilməz olduğunu vurğulayır.
“ Media Qrup” xüsusilə qeyd edir ki, şirkət hər zaman tərəfsizlik, qərəzsizlik prinsiplərinə sadiq qalıb, İranın çoxsaylı media orqanlarından fərqli olaraq iki ölkə arasında münasibətlərə həssas yanaşıb.
İran Xarici İşlər Nazirliyində akkreditasiya olunmuş azsaylı Azərbaycan media orqanlarından biridir.
“ Media Qrup” şirkətinə daxil olan Agentliyinin saytına girişin məhdudlaşdırılmasına etirazını ifadə edir.
Şirkət bununla bağlı İranın Azərbaycandakı səfirliyinə və İran İslam Respublikasının İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə müraciət edəcək.