İranda 4,2 və 4,7 bal gücündə zəlzələlər baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, episentri Fars əyalətinin Həşt şəhərində olan 4,2 bal gücündə zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb.
Yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin Buşəhr vilayətində də hiss olunduğu bildirilib.
Episentri İlam əyalətinin Murmuri şəhəri olan 4,7 bal gücündə zəlzələ isə yerli vaxtla saat 22:43-də qeydə alınıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, 18 kilometr dərinlikdə baş verən zəlzələ Loristan və Xuzistan əyalətlərində də hiss olunub.
Zəlzələlərdən sonra can və ya mal itkisinin olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.