İranda daşqınlar nəticəsində azı dörd nəfər ölüb

İranın şimal-şərqində yerləşən Şimali Xorasan əyalətində daşqınlar nəticəsində azı 4 nəfər ölüb.

Bu barədə bazar günü yerli xilasetmə xidmətlərinə istinadən məlumat yayılıb.

Məlumata görə, daha bir neçə nəfər itkin düşüb, onların dəqiq sayı açıqlanmır. Dörd fəlakət qurbanından ikisi şəxsi avtomobillərin içərisində qalıb.

Ümumilikdə, əyalətdə güclü yağışlara səbəb olan selin altında ən azı doqquz avtomobil qalıb.

Daşqın Şimali Xorasanda ən azı 15 yaşayış məntəqəsinin sakinlərinə ziyan vurub, elektrik enerjisi və qaz təchizatı kəsilib. Ən azı 400 mal-qara tələf olub.

Hərbçilər daşqınlardan zərər çəkmiş rayonlara göndərilib. Onlar təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunacaqlar.

Mənbə: TASS

Share: