İranda havanın çirklənməsi bir il ərzində 27 mindən çox insanın ölümünə səbəb olub

İranda havanın çirklənməsi bir il ərzində 27 mindən çox insanın ölümünə səbəb olub

İranda havanın çirklənməsi bir il ərzində 27 mindən çox insanın ölümünə səbəb olub

Tehranın Ətraf Mühit və Şəhərsalma Xidmətləri Komissiyasının sədri Mehdi Pirhadi ölkədə havanın çirklənməsinin ildə 27 mindən çox insanın ölümünə səbəb olduğunu bildirib.

xəbər verir ki, Tasnim Xəbər Agentliyinin məlumatına görə, Pirhadi İranda havanın çirklənməsinin yaratdığı problemlər barədə məlumat verib.

Ölkədə hava çirkliliyini tez-tez gündəmə gətirdiyi üçün tənqid olunmaqdan narahat olduğunu dilə gətirən Pirhadi, “Bir il ərzində ölkədə 27 mindən çox, Tehranda isə 6 min 398 nəfər hava çirkliliyi səbəbindən həyatını itirdi” deyib. O əlavə edib ki, bu artım davam edərsə, 8 illik İran-İraq müharibəsindən daha çox itki verəcəyik.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin Hava Sağlamlığı və İqlim Dəyişikliyi İdarəsinin rəisi Dr. Abbas Şahsuni 8 noyabr 2022-ci il tarixli açıqlamasında havanın çirklənməsinin bir il ərzində ölkə üzrə 20 min 800, paytaxt Tehranda isə 6 min 400 nəfərin ölümünə səbəb olduğunu bildirib.

Share: