
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
***
saat 13.19
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb, 1139 nəfər yaralanıb.
xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Qeyd edilib ki, 6 nəfər itkin düşüb.
***
saat 11.06
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.
xəbər verir ki, bu barədə İran mediası bildirib.
***
saat 10.25
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində yaralananların sayı 1139 nəfərə çatıb.
-nın xəbərinə görə, bu barədə İran hökuməti məlumat yayıb.
Partlayış nəticəsində 18 nəfər ölüb, 6 nəfər itkin düşüb.
***
27 aprel, saat 08.52
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.
xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Hadisə zamanı yaralananların sayı isə 800 nəfərə çatıb.
***
27 aprel, saat 00:15
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.
xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İsgəndər Momeni bildirib.
“Şəhid Rəcai Limanında partlayışın səbəbinin nə olduğunu açıqlayacağıq və məsuliyyət daşıyanlara qarşı qanuni tədbirlər görəcəyik. Limanın əsas sistemləri zədələnməyib, gömrük əməliyyatları davam etdirilir. Yaxın bir neçə saat ərzində yanğını söndürəcəyimizə ümid edirik . Ölənlərin və yaralıların sayının artacağı ehtimalı var.”, – o deyib.
***
26 aprel, saat 23:59
İran Bəndər Abbas limanında bu gün baş verən güclü partlayışdan sonra hələ də yanğının qarşısını ala bilməyib.
xəbər verir ki, məlumata görə yanğın genişlənməkdə davam etdiyi üçün əlavə partlayışlar qorxusu ilə tam təxliyə əmri verilib.
***
26 aprel, saat 23:07
İranın Səhiyyə Nazirliyi Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Bəndər Abbasda ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Nazirlik, “ammiak, kükürd dioksidi və azot dioksidi” də daxil olmaqla təhlükəli çirkləndiricilərin yayılması barədə xəbərdarlıq edib.
Nazirlik fövqəladə hallara cavab qruplarının yaradılmasını əmr edib.
Sakinlərə evdə qalmaq, açıq fəaliyyətlərdən çəkinmək və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Həssas qruplara, o cümlədən tənəffüs və ya ürək xəstəlikləri olan insanlara, uşaqlara, hamilə qadınlara və yaşlılara N95 və ya P2 maskaları taxmaq tövsiyə olunub.
Səlahiyyətlilər həmçinin tez-tez üz yuyulmasını və qoruyucu geyimlərdən istifadə etməyi tövsiyə ediblər.
Qeyd edək ki, partlayış nəticəsində azı 8 nəfər ölüb, 750-dən çox insan yaralanıb. Partlayışın səbəbi kimi limanda saxlanılan təhlükəli kimyəvi maddələrin, o cümlədən raket yanacağı üçün istifadə olunan natrium perxloratın düzgün saxlanılmaması göstərilir. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Yanğın hələ də tam söndürülməyib. Liman ərazisində yanğının intensivliyi xeyli artıb.
***
26 aprel, saat 22:04
İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Yaralananların sayı isə 750 nəfərə çatıb. Bildirilib ki, yanğın hələ də tam söndürülməyib.
Limanında daha çox konteyner partlayışı qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, bir neçə dəqiqə əvvəl alov bir sıra konteynerlərə çatıb və bu, onların partlamasına səbəb olub.
Liman ərazisində yanğının intensivliyi xeyli artıb.
***
26 aprel, saat 16:57
İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində azı 4 nəfər ölüb.
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Partlayış nəticəsində yaralananların sayının 561 nəfərə çatdığı bildirilir.
İlkin məlumata görə, partlayış kimyəvi maddələr olan anbarda baş verib. Yanacaq çəninin partladığı bildirilir.
İranın daxili işlər naziri İsgəndər Mömini hadisə ilə bağlı Bəndər Abbasa gedib.
***
26 aprel, saat 16.00
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
26 aprel, saat 14.46
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
26 aprel, saat 14.34
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 115 nəfərə çatıb.
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, xəsarət alan 115 nəfər xəstəxanalara yerləşdirilib.
***
26 aprel, saat 14.18
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 80-ə çatıb.
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
26 aprel, saat 14.02
İranın Şəhid Rəcai limanında baş verən partlayışda ilkin məlumata görə, 47 nəfər yaralanıb.
xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
***
26 aprel, saat 13.06
İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib.
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Hadisənin səbəbi, itkilər olub-olmaması barədə məlumat verilməyib.