Martın 14-dən İranda Novruz şənliklərinin başlanmasından bu yana yol qəzaları nəticəsində azı 417 nəfər ölüb, 11400-ə yaxın insan yaralanıb.
xəbər verir ki, bu barədə yol polisinin rəhbəri Teymur Hüseyni məlumat verib.
“Təəssüf ki, Novruz bayramı şənliklərinin İsfənd ayının 22-dən (bizim təqvimi ilə 14 mart – red.) başlamasından bu günə qədər yol qəzalarında 417 nəfər həlak olub”, – deyə Tasnim agentliyi onun sözlərini sitat gətirir.
Yaralananların sayının 11392 nəfər olduğunu deyən H.Hüseyni əlavə edib ki, qəzaların çox olmasının əsas səbəbləri sürücülərin yorğunluğu və yuxululuğu, həmçinin sürət həddinin aşması olub.