İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı

İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı

Mayın 11-də İranda prezident kürsüsünə namizədlərin qeydiyyatı başlayıb.

Müstəqil.Az  yerli KİV-ə istinadən bildirir ki, namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

Prezident seçkisində iştirak etmək istəyənlərin yaşı 40-dan aşağı və 75-dən yuxarı ola bilməz.

Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-27-də açıqlanacaq.

Namizədlər bundan sonra, mayın 28-dən iyunun 16-a qədər seçkiqabağı təbliğat-təşviqat kampaniyası apara biləcəklər.

Seçkidən bir gün əvvəl və səsvermə günü təşviqat qadağan ediləcək.

Xatırladaq ki, İranda 13-cü prezident seçkisi iyunun 18-nə təyin edilib.

Müstəqil.Az

Share: