İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib.
İran mediasına istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, insanlar bu gün Süleymaninin ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün toplaşıblar.
“Tasnim”in məlumatına görə, isə hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları gəlib.