“İranda rejim dəyişməyənə qədər münasibətlərin normallaşması mümkün deyil”

“İranda rejim dəyişməyənə qədər münasibətlərin normallaşması mümkün deyil”

“İranla münasibətlərin elə bir nöqtəsinə gəlib çıxmışıq ki, bundan sonra, hətta sözdə normal mehriban qonşuluq münasibətlərin davamı çətin olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O vurğulayıb ki, Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı cizgiləri aşıb: “Bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb. Rəsmi Bakı da təxribatları cavabsız qoymayıb. Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” açıqlaması, azərbaycanlı deputatların İranın təxribatlarına adekvat cavabları, Güney Azərbaycan mövzusunun aktuallaşması, hətta Azərbaycan Dövlət Televiziya kanalında bununla bağlı reportajların yayımlanması və Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslərin həbs edilməsi buna misaldır”.

Elxan Şahinoğlu bildirib ki, İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil.


Share: