İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) Kerman şəhərində törədilən terror aktı ilə bağlı məlumat yayıb.
xəbər verir ki, qurum kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğunu bildirib. İkinci terrorçunun şəxsiyyəti araşdırılır.
Qeyd edilib ki, partlayışları törətməkdə şübhəli bilinən 11 nəfər həbs edilib. Digərlərinin şəxsiyyətlərinin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.