İranda zəlzələ oldu, Naxçıvanda da hiss edildi

İranda zəlzələ oldu, Naxçıvanda da hiss edildi

Martın 11-də İran ərazisində maqnitudası 4,5 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:46-da qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının sərhədə yaxın ərazilərində 3 bala qədər hiss olunub.

 

Share: