İrandan ABŞ-a SENSASİON TƏHDİD: Trampın gətirənə 80 milyon dollar verəcəyik

İslam İnqilabı Keşikçilәr Korpusunun “Qüds” briqadasının komandanı general Qasım Süleymaninin cənazəsi dünən İrana aparılıb.

Publika.az xəbər verir ki, rəsmi İran televiziyasının canlı yayımladığı cənazə mərasimində üzü görünməyən İranın səlahiyyətli şəxsi ABŞ-ı təhdid edib:

“İranın 80 milyon əhalisi var. İranın nüfuzunu nəzərə alaraq ABŞ prezidenti Donald Trampın başını gətirənə 80 milyon dollar vermək istəyirik”.

İranın təhdidləri bununla bitməyib. İranlı millət vəkili Abolfazl Abotorabi ABŞ-ı “ürəyindən vurmaqla” təhdid edib. O bildirib ki, İran istəsə, Ağ Evi vura bilər. Abolfazl Abotorabi ABŞ-ın bu addımının müharibə çağırışı olduğunu deyib: “Əgər tərəddüd etsəniz, məğlubiyyətlə barışmalı olacaqsınız. Əgər biri sizə müharibəyə çağırırsa, çiçəklə qarşılıq verə bilərsinizmi? Sizi başınızdan vurarlar”.

Share: