İran parlamentində keçirilən səsvermə ilə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) terror qrupları siyahısına salınıb.
Müstəqil.az xəbər verir ki, ABŞ-ın SEPAH-ı terror qrupları siyahısına salması qərarına qarşılıq olaraq 173 səslə CENTCOM da İranın “qara siyahı”na düşüb.
Səsvermədə həmçinin ABŞ-ın İran İslam Respublikasının mənafeyinə qarşı yürütdüyü fəaliyyətə müqavimət göstərilməsi ilə bağlı Milli Təhlükəsizlik Şurasına da səlahiyyət verilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl SEPAH-ı terror qruplaşması elan etmişdi.
Kamran Ə.