İrandan Cənubi Koreyaya jest: dənizçilər sərbəst buraxıldı

İrandan Cənubi Koreyaya jest: dənizçilər sərbəst buraxıldı

Fars körfəzində İran tərəfindən həbs olunan Cənubi Koreyaya məxsus neft tankerinin dənizçiləri sərbəst buraxılıb və onlara ölkədən çıxmaq üçün icazə verilib.

Müstəqil.Az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə məlumat verib. Lakin körfəzin ekoloji tarazlığını pozmaqda ittiham edilərək həbs olunan gəmi və onun kapitanı həbsdə saxlanılıb.

Mətbuat katibi qeyd edib ki, onların barəsində məhkəmə araşdırmasından sonra qərar qəbul olunacaq.

Müstəqil.Az 

Share: