İrandan Ermənistana gətirilən spirt Arpaçaya axdı…

İrandan Ermənistana gələn  javel spirti(parça ağartmaq, ləkə aparmaq və dezinfeksiya üçün işlədilən məhlul) daşıyan yük maşını qəzaya düşüb.
Müstəqil.Az  xəbər verir ki, işğalçı ölkənin saytlarının verdiyi məlumata görə, nəticədə spirt Arpa çayına axıb. Bu barədə Areni icmasının rəhbəri Yusik Sahakyan məlumat verib. Hadisə Vayk şəhəri yaxınlığında meydana gəlib.
İcmanın rəhbəri dərhal cəmiyyətin icra hakimiyyəti rəhbərləri ilə əlaqə saxlayıb. Rəhbərlik  müvəqqəti olaraq çay suyundan suvarma, çimmək və ya balıqçılıq üçün istifadə etməmək haqda yerli sakinləri xəbərdar edib.
İcma rəhbəri çaya axmış xam alkoqolun miqdarı  barədə məlumatı olmadığını bildirib.
Müstəqil.Az

Share: