İranın London və Parisdəki müvəqqəti işlər vəkilləri XİN-ə çağırılıb

İranın London və Parisdəki müvəqqəti işlər vəkilləri XİN-ə çağırılıb

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətinin respublika hakimiyyəti tərəfindən həyata keçirilən iki nəfərin edam edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılması barədə göstəriş verib.

“Bu gün mən İranın müvəqqəti işlər vəkilini bu həftə sonu şahidi olduğumuz iyrənc edamları ən sərt şəkildə qınamaq üçün çağırdım”, – deyə o, bəyan edib.

Nazir Tehranı “öz xalqına qarşı zorakılığa son qoymağa” çağırıb, Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edamını pisləyib. Onlar iğtişaşlar zamanı “Bəsic” qüvvələrinin üzvü Seyid Ruhullah Əcəmiyanı qətlə yetirməkdə təqsirli bilinib və yanvarın 7-də asılıblar.

Eyni zamanda Fransa Xarici İşlər Nazirliyi də İranın Parisdəki müvəqqəti işlər vəkilini çağırıb və ölkədə baş verən edamlarla bağlı ona kəskin etiraz bildirilib.

Share: