İranın nüvə silahına malik olduğuna dair heç bir əlamət müşahidə etmirik.
xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi jurnalistlərə bildirib.
“Çox yüksək səviyyəyə qədər zənginləşdirilmiş uranın toplanması faktı avtomatik olaraq nüvə silahının mövcudluğu demək deyil. Bizim agentlikdə İranın nüvə proqramına malik olmasını göstərən hər hansı məlumat və ya göstərici yoxdur”, – Qrossi bildirib.
Onun sözlərinə görə, BAEA iranlı tərəfdaşlarına nüvə materialının silah səviyyələrinə çox yaxın səviyyədə olmasının beynəlxalq ictimaiyyətdə suallar yaratdığını deyib.