İranın Qırmızı dənizdə olan “Sanitized” neft tankerində partlayış baş verib.
Müstəqil.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
İran Milli Neft Şirkətinə məxsus tankerdə partlayış Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında qeydə alınıb.
Tankerdəki neft partlayışdan sonra Qırmızı dənizə sızıb.
İran rəsmiləri tankerdəki partlayışla bağlı ilk rəsmi açıqlama edib. Belə ki, raket zərbəsi nəticəsində bir deyil, iki neft tankerinin partladığını açıqlayıb.