İranla Türkiyədən ABŞ-a BÖYÜK ZƏRBƏ

Dünən İran hökuməti ilə Türkiyə arasındakı ilk pul mübadiləsi (valyuta swap) baş tutub. Belə ki, ilk dəfə iki ölkənin yerli pul vahidləri ABŞ dolları və ya avro kimi üçüncü bir valyutadan istifadə edilmədən mübadilə edilib.

Publika.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfəri zamanı Həsən Ruhani ilə bu barədə fikir mübadiləsi aparıb. İki ölkə arasında valyuta mübadiləsinə dair müqavilə imzalanıb: “İran Prezidenti Həsən Ruhani ilə Tehranda keçirilən görüşdə iki ölkənin maliyyə sektorlarunda hərəkətlilik gətirməyi qərara aldıq. Bundan sonra ticarət əlaəqələrində yerli valyutalarımızdan (İran riyalı və Türk lirəsi) istifadə ediləcək” – deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, İran və Türkiyə dollardan imtina edərək yerli valyuta ilə ticarət əlaqələri qurmaq qərarı alıb. Dollardan imtina etdikdən sonra dünya bazarında hər iki ölkənin yerli valyutasının dəyərində ucuzlaşmalar olub.

Share: