İranlı rejissor intihar etdi

İranlı rejissor intihar etdi

İranlı kinorejissor, ssenarist və prodüser Kyumars Purahmad 74 yaşında intihar edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “İRNA” agentliyi məlumat yayıb.

“Hadisə yerindən apardığımız ilkin araşdırmalar əsasında belə nəticəyə gəldik ki, rejissor intihar edib. Hazırda meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün həkim-ekspertə təhvil verilir, daha sonra ətraflı məlumat veriləcək””, – deyə Gilan prokurorluğunun məlumatında qeyd olunub.

Purahmad 1949-cu ildə İsfahanın Nəcəfabad şəhərində anadan olub. O, “Gecə avtobusu” (2007), “İkiqat lotereya” (1996) və “Ayaqqabılarım haradadır?” filmləri ilə tanınıb.

“Fayl Açıq” rejissorun son istehsalı olub və 41-ci Fəcr Film Festivalında təqdim olunub.

Share: