İraq ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın missiyasını başa çatdırmaq üçün komitə yaradır.
“Arab News”a istinadən xəbər verir ki, bu barədə İraq Baş naziri Məhəmməd Şia Əl-Sudaninin ofisindən ona istinadən verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı missiyasını başa çatdırmaq üçün ikitərəfli komitə formalaşdırır.
Bu açıqlama ABŞ-nin dron hücumu nəticəsində Bağdadda yerli hərbi qruplaşma liderinin ölümünün ardınca verilib.
Xatırladaq ki, İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrini paytaxt Bağdadda İrana yaxın paramilitar qruplaşmaya pilotsuz uçuş aparatı ilə zərbə endirməkdə ittiham edib. Yanvarın 4-də həyata keçirilən bu hücum nəticəsində Həşd əş-Şaabi kimi tanınan Xalq Səfərbərlik Qüvvələri (XQQ) hədəf alınıb. Ölənlər arasında bu hərbi birləşmənin yüksək rütbəli komandiri Hacı Muştaq Talib əl-Saidi (Əbu Təqva) da var.