İraqın qərbində Ayn əl-Əsəd hərbi bazası 20-dən çox raketlə vurulub.
TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Atəşi İraq şiə hərbi qruplaşmalarının həyata keçirdiyi bildirilib.
Qeyd edək ki, Ayn əl-Əsəd hərbi bazasından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri istifadə edir.