İraqın yeni prezidenti və baş naziri məlum oldu

İraqın yeni prezidenti və baş naziri məlum oldu

İraqın Nümayəndələr Şurası (parlament) cümə axşamı Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib.

Gizli səsvermənin ikinci turunda o, İraqın hazırkı prezidenti olan rəqibi Bərham Salehdən daha çox səs toplayıb.

Saleh səsvermənin yekun nəticələrini gözləmədən parlament binasını tərk edib.

Parlamentin hesablama komissiyasının məlumatına görə, Rəşidə 162, Salehə 99 səs verilib, 8 bülleten etibarsız sayılıb. Bununla da, səsvermənin ikinci turunda səs çoxluğunu qazanaraq, 2003-2011-ci illərdə su ehtiyatları naziri vəzifəsində çalışmış Rəşid İraq Respublikasının onuncu prezidenti olub.

Yeni prezidenti Məhəmməd əl-Sudanini ölkə hökumətinin başçısı təyin edib. O, ölkə parlamentində ən böyük siyasi blokun nümayəndəsi kimi yeni hökumətin formalaşdırılmasını məhz Əl-Sudaniyə tapşırıb.

Qeyd edək ki, İraq konstitusiyasına görə, dövlət başçısı ölkənin kürd icmasını, baş nazir şiə müsəlmanları, parlament rəhbəri isə sünni müsəlman icmasını təmsil etməlidir.

Mənbə: TASS

Share: