İri neft şirkətləri ənənəvi enerji daşıyıcılarından sürətli imtina olunmasının əleyhinə çıxış ediblər

İri neft şirkətləri ənənəvi enerji daşıyıcılarından sürətli imtina olunmasının əleyhinə çıxış ediblər

İri neft şirkətləri ənənəvi enerji daşıyıcılarından sürətli imtina olunmasının əleyhinə çıxış ediblər

“Petrobras”, “Saudi Aramco”, “Shell” və “Woodside Energy” kimi neft şirkətlərinin yüksək səviyyəli rəhbərləri Hyuston şəhərində keçirilən CERAWeek 2024 enerji konfransında yanar faydalı qazıntılardan sürətli imtina edilməsi çağırışlarına qarşı çıxıblar.

Bu barədə “-Economics” “Reuters”a istinadən xəbər verir.

“Biz neft və qazdan mərhələli şəkildə imtina etmək fantaziyalarından əl çəkməli və əvəzində tələbatı ödəmək üçün onlara adekvat sərmayə qoymalıyıq”, – Səudiyyə ərəbistanı neft şirkətinin “Saudi Aramco”nun baş direktoru Amin Nasser bildirib.

Məlumata görə, öz növbəsində “Shell” in rəhbəri Vael Savan Nasserin irin fikrini dəstəklədi və “lazımi inkişafa mane olan Avropada hökumət bürokratiyasına” işarə edib.

Braziliyanın milli neft-qaz şirkəti “Petrobras”ın baş direktoru Jan-Pol Prates qeyd edib ki, bu məsələdə ehtiyat tələskənlikdən üstün olmalıdır.

Bu arada ABŞ-ın energetika naziri Cennifer Qranholm neft sənayesinin yüksək səviyyəli rəhbərlərinin bərpa olunan yanacaqlarla bağlı fikirlərini rədd edib. O, Amin Nasserin qalıq yanacağa olan uzunmüddətli tələbatın davam edəcəyi ilə bağlı proqnozuna öz fikrini bildirib.

“Bu, bir fikirdir. Bunun əksini söyləyən başqa araşdırmalar da var ki, onlar neft və qaza ola tələbatın 2030-cu ilə üçün pik həddə çatacağına işarə edir”, – nazir qeyd edib.

Share: