“İri və xırdabuynuzlu heyvandarlıqda qapalı yetişdirməçilik” mövzüsünda maarifləndirmə işləri aparıldı -FOTO

“İri və xırdabuynuzlu heyvandarlıqda qapalı yetişdirməçilik” mövzüsünda maarifləndirmə işləri aparıldı -FOTO
İnkişaf etmiş aqrosektora malik ölkələrin təcrübələrini öyrəndikcə dünyada ekstensiv (açıq) heyvandarlığın yerini intensiv (qapalı) yetişdiriciliyin tutduğunu görürük. Ölkəmizdə də son dövrlər əkinçiliyin genişlənməsi ilə örüş yerlərinin azalması fermerləri müəyyən çətinlik qarşısında qoyur. AkTiB bu problemin həlli üçün fermerlərlə sıx görüş və məsləhətlər aparır.
“İri və xırdabuynuzlu heyvandarlıqda qapalı yetişdirməçilik” mövzüsünda maarifləndirmə işləri aparılıb.
Müstəqil.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkil etdiyi Qrand layihəsi əsasında Respublika ərazisində, müxtəlif regionlarda təsərrüfatçılarımızla “İri və xırdabuynuzlu heyvandarlıqda qapalı yetişdirməçilik” mövzüsünda maarifləndirmə işlərinə start verilib.
“İlk səfərimiz Şamaxı, İsmayıllı, Ucar, Qəbələ, Zaqatala istiqamətində oldu. Növbəti səfərlərimiz Saatlı, İmişli, Biləsuvar, Cəlilabad və Lənkəran rayonlarına oldu. Tədbir zamanı təsərrüfatçılarımıza pandemiya zamanı sanıtar-gigiyenik normalara əməl olunması tövsiyə olundu və hər birinə fərdi-gigiyenik qorunma vasitələri təqdim edildi” – bu sözləri “Keçi Təsərrüfatçları” İctimai Birliyinin sədri Elşən Süleymanov deyib.
Qeyd edək ki,tədbirlərə maliyə dəstəyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən edilir.
Müstəqil.Az
Share: