İrlandiya prezidenti Maykl Hiqqins xəstəxanaya yerləşdirilib.
zəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.
Həkimlər 82 yaşlı dövlət başçısını əvvəlcə Dublindəki Feniks Parkdakı prezident iqamətgahında müayinə ediblər. İlk müayinə heç bir narahatlıq yaratmasa da, Higgins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirildi. Onun səhhəti ilə bağlı daha sonra açıqlama veriləcək.
“Bir gecədə xəstəxanada qalacaq prezidentin əhval-ruhiyyəsi əladır və ona göstərilən qayğıya görə tibb işçilərinə təşəkkür edib”, – deyə bildirilib.