İş adamının ailəsində faciə – Ölənlərdən 2-si hamilə olub, 3 qızın isə toyu olacaqdı

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan “Başaran Holdinq”ə məxsus özəl təyyarə İranda dağa çırpılaraq qəzaya uğrayıb. Təyyarədə olan 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin həlak olub.
Müstəqil.az “Sondakika.com”-a istinadən xəbər verir ki, təyyarə qəzasında ölənlər Türkiyənin tanınmış iş adamı, “Başaran” holdinqin qurucusu və rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran və rəfiqələridir. Artıq həlak olan şəxslərin adları müəyyən edilib. Onlar təyyarənin kapitanı Beril Gebeş, ikinci pilot Melike Kuvvet, sərnişinlər Zeynəb Coşqun, Ayşe And, Burcu Urfalı, Əsli İzmirli, Liana Hananel, Jasmin Baruh, Sinem Akay, Eda Uslu və Mina Başarandır.

Məlumata görə, təyyarə qəzasında həlak olan xanımlardan üçü nişanlı, 2-i isə hamilə olub. Zeynəb Coşqun, Ayşe And və Sinem Akayın yayda toyu olacaqdı. Jasmin Baruh və məşhur bikini markası olan “Lily and Rose”un qurucusu Liana Hananelin 4 aylıq hamilə olduğu deyilib. Bundan əlavə təyyarənin “qara qutusu”nun tapıldığı açıqlanıb.

“Başaran” holdinqin qurucusu və rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran isə “Metgraf Mətbəçilik”in sahibi Murad Gəzər ilə nişanlı olub.

Qeyd edək ki, təyyarə İranın Çaharmahal əyalətində qəflətən radarlardan itib. Dağa çırpılaraq qəzaya uğrayan təyyarənin qalıqları artıq tapılıb.

Share: