İsgəndəryan: Əliyev niyə əsirləri verməlidir ki?

İsgəndəryan: Əliyev niyə əsirləri verməlidir ki?

Güman edirəm ki, “əsirlər”in (Ermənistan Qarabağda dekabrda ələ keçirilən terrorçuları “hərbi əsir” adlandırır – red.) qarşılığında Əliyev Paşinyandan Mehri vasitəsilə dəhliz istəyir.

Müstəqil.Az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib. O, bu gün baş verənlərin assimetrik danışıqların nəticəsi olduğunu bildirib:

“Tərəflərdən birinin əlində digərinə təzyiq yaradacaq rıçaq yoxdur. Belə olan halda nəyə ümid etmək lazımdır? Ürəyi yumşaqlığa? İlham Əliyevin əsirləri geri qaytarmaq üçün heç bir səbəbi yoxdur. Maksimum bir neçə hərbçinin qayıdacağına ümid etmək lazımdır”.

Onun sözlərinə görə, seçkiyə qədər Mehri vasitəsilə dəhlizlə bağlı danışıqlar hazırkı hakimiyyət üçün çox ciddi bir şey deyil:

“Hazırda söhbət Türkiyə və Azərbaycanın tələbindən gedir. Bu, təmiz siyasi layihədir. Hər tərəfin öz mövqeyi var, Azərbaycan isə sadəcə müharibənin nəticələrindən maksimum fayda götürməyə çalışır, ermənilərin ağrılı nöqtələrinə vurur. Onlara Türkiyəyə ermənilərin nəzarəti olmadan gedəcək yol lazımdır”.

Müstəqil.Az 

Share: