Kreml rusiyalıları zəbt edilmiş Krımın Ukraynaya qaytarılması imkanına hazırlayır. Bunu Rusiya KİV-ində ritorikanın dəyişikliyi göstərir.
Publika.az xəbər verir ki, bunu “ObozTV”nin efirində Krım Muxtar Respublikasının baş nazirinin sabiq müavini Andrey Sençenko bildirib.
O qeyd edib ki, “Rossiya 1” telekanalında efirə gedən “60 dəqiqə” reytinq şousu da bunu göstərir.
“Onlar əhalinin reaksiyasını yoxlayırlar. Sanksiyalarla təzyiq o səviyyəyə çatacaq ki, onlar konstruksiyanın tərpəndiyini və dağıntı həddində olduğunu hiss edəcəklər, onda ciddi danışıqlar başlanacaq”, – siyasətçi bildirib.