“İşğalçı Ermənistan artıq anlamalıdır ki, digər torpaqlarımız da bu cür azad ediləcək”

Lələ Təpənin işğaldan azad edilməsi, Cocuq Mərcanlıya qayıdış, indi də Naxçıvanda Günnüt kəndinin işğaldan azad edilməsi və Naxçıvan istiqamətində əldə edilən uğurlar hər bir azərbaycanlını sevindirir. Bu xəbərləri gözlədik hər gün. İşğalçı Ermənistan artıq anlamalıdır ki, Azərbaycanın Ali Baş Komandanının və qəhrəman hərbiçi, əsgərlərimizin iradəsi və gücü ilə işğal altında olan digər torpaqlarımız da bu cür azad ediləcək. İşğalçılar rahat yata bilməyəcəklər bizim torpaqlarımızda. İşğalçılar rədd olub gedəcəklər. Qələbələrin bol olsun, Azərbaycan! Nur içində yat şəhid qardaşımız Adil Tatarov, səni və bütün şəhidlərimizi hər zaman sevgi ilə anacağıq.
Qənirə Paşayeva, Millət vəkili

Share: