İşğaldan azad olunan doqquz yaşayış məntəqəsi hansı rayonlara məxsusdur?

İşğaldan azad olunan doqquz yaşayış məntəqəsi hansı rayonlara məxsusdur?

İşğaldan azad olunan doqquz yaşayış məntəqəsi hansı rayonlara məxsusdur?
Ölkə başçısı İlham Əliyev dünən bir qəsəbə və səkkiz kəndin işğaldan azad edildiyini açıqladı.

İlk dəfə Xocavənd rayonundan hansısa ərazi işğaldan azad edildi. Söhbət 26 noyabr 1991-ci ilədək ayrıca rayon olmuş, sonradan Xocavənd rayonunun tərkibinə qatılmış Hadrut qəsəbəsi və Sur kəndindən gedir.

Müstəqil.Az Oxu.Az-a istinadən bu gün alınan həmin ərazilərin hansı rayonlara aid olduğunu təqdim edir.

– Hadrut qəsəbəsi, Sur kəndi (hər ikisi Xocavənd rayonu);

– Yuxarı Güzlək, Gorazıllı kəndləri (hər ikisi Füzuli rayonu);

– Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı kəndləri (hamısı Cəbrayıl rayonu).

Qeyd edək ki, Azərbaycan ordusu indiyədək düşməndən 34 ərazini işğaldan azad edib. Bunların arasında Cəbrayıl şəhəri də var.

Share: