ŞİD İraqın Diyalə şəhərində bombalı hücum edib.
Müstəqil.Az xəbər verir ki, Mənsuriyə qəsəbəsində tarlaya yerləşdirilən uzaqdan idarə olunan bomba partladılıb.
Hadisə zamanı 1 dinc sakin həlak olub, 2 nəfər isə yaralanıb.
Məlumata görə, hadisədən sonra təhlükəsizlik qüvvələri tərəfindən bölgədə əməliyyata başlanılıb.
Müstəqil.Az