İŞIQÇI BABA

Aybek (Musa Daşmuhamməd oğlu) 10 Ocak 1905-ci ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində dünyaya gəldi. 1965-ci ildə Özbəkistan Xalq yazıçısı adına laiq görüldü. 1943-cü ildə Özbəkistan Elmlər Akademiyasının üzvü oldu. 1925-1927-ci illər arasında Daşkənd Universiteti Sosyal Elimlər Fakultəsinde təhsil aldı. 1927-1929-cu illər arasında Peterburqda təhsilinə davam etdi. 1926-cı ildə “Tuyğular”, 1929-cu ildə “Köngil Neyleri”, 1937-ci ildə “Nevayi”, 1967-ci ildə “Uluğ Yol” adlı əsərləri yayımlandı. 1968-ci ildə vəfat etmişdir.
 
Dar, dolanbac küçənin axşamını ilk Dursunqul əkənin çürük həyət qapısının yuxarı hissəsinə bağlanmış fənərin titrək işıqları aydınladardı. Bu fənəri hər gün axşama yaxın qısa boylu, üzündə qırışlar olan bir qoca yandırıb gedərdi. Biz ona “Fənərçi Baba” deyərdik. O, çox mülayim, sakit biri idi. Kiçik ağac nərdivanını qoyar, ustalıqla çıxar, cibindən dəsmalını çıxarıb diqqətlə fənərin şüşəsini silib parıldadardı.
 
İşığı yandırar yandırmaz aşağı düşərdi. Belini düzəldərdi. Kiçik ağac nərdivanını qoltuğuna vurub gözdən itərdi. Fənər yandığı zaman bütün məhəllə sevinərdi. Dursunqul əkəyə hər kəs böyük bir sevgilə baxsa da bu sevgi çox uzun sürmədi. Sonralar hər kəs ona qarşı etinasız davranmağa başladı.
 
Xüsusilə məhəllənin uşaqları ilə arada anlaşılmazlıq yaranandan sonra düşmənçilik başladı. Bir yerə yığışıb öncə bir-birimizin doppilerini atır, fənərə doppi vuran adam atıcılığı, ovçuluğu ilə öyünərdi. Sonralar biz bundan bezməyə başladıq. Çünki müxtəlif saplarla toxunulmuş, bəzədilmiş doppini fənərə atanda fənər bir əcaib olur, içimizə qorxu düşərdi. Buna görə də əlimizə daş-kəsək alıb fənərə hücum etməyi öyrəndik. Fənər çox incə idi. Kiçik bir daş parçası ilə yazıq fənərin şüşəsini sındırırdıq. İşıqçı baba həftədə üç-dörd dəfə yeni lapma alıb gətirməyə məcbur olurdu.
 
O gedər getməz biz dərhal yeni fənərin sındırardıq. Ancaq bir dəfə də olsun İşıqçı baba çıqqırını da çıxarmazdı. Onun bu davranışı xoşumuza gəlməzdi. Kaş bizi danlasa, arxamıca qaçıb birimizi tutub döysə, deyirdik. Bu arzumuz heç vaxt gerçəkləşmədi.
 
Bir gün axşam azanı oxunmaq üzrə idi. Küçə uşaqlarla dolu idi. İçimizdə ən ürəkli, ən cəsur uşaqlardan biri — axsaq Qasım “Uşaqlar”! dedi.
 
Toz-torpağa bürünmüş üzümüz yeni bir ifadə aldı və hamımız onun gözlərinə baxdıq. Əlimizdən bir göz qrpımında vıyıldayaraq çıxan daşlar fənərib lampasını paraça-parça etdi. Bu zaman İşıqçı babanın yaxınlaşdığını gördük. Əlindəki ağac nərdivanı təzimlə ağaca söykədi. Sonra yavaş-yavaş nərdivana çıxdı və maye qazı yandırdı. Maye qaz dörd tərəfdən dağıdılmış xaraba ev kimi qəribə bir rəngdə yanmağa başladı. Biz qürurla icadımızı seyr edirdik. Bəziləri hətta gülürdü. Qoca elə bil xəstə idi. Nərdivandan yavaş-yavaş endi. Seyrək qaşları, batıq gözləri vardı. Yalvarıcı baxışlarla hamımızı süzdü və ipək kimi yumuşaq bir səslə “Mənim dəcəl övladlarım, bu nə işdir? Fənərə toxunmasanız bir şey olacaq? O yuxarıda, siz aşağıdasınız. Niyə oyununuzu oynamırsınız?” dedi. Uşaqlar bir kəlimə belə demədi.
 
– Siz hələ gəncsiniz. Gözləriniz qartal kimi görür. Sizin üçün qaranlıq da, aydənlıq da eynidir. Axşam olmamış analarınızın qucağında mışıl-mışıl yuxuya dalırsınız. Mənim kimi yaşlı adamlar üçün işıq çox vacibdir dedi.
 
Uşaqların gözü qocadaydı.
 
– Keçən gün şıdırğı yağış yağdı. Bu tərəfə gələndə hər yer qaranlıq idi. Külək fənərin içinə keçmiş və onu söndürmüşdü. Arxa tərəf gedəndə bir şeyin suyu şappıldatdığını gördüm. Nə olduğunu bilmək üçün əl fənərimi yandırdım və özüm kimi yaşlı bir adama rast gəldim. Sudan çıxa bilmirdi. Tez əlindən tutdum və birtəhər kənara çıxartdım. Üstü palçıq idi, təmiz islanmışdı.
 
Uşaqlardan biri “Ax, yazıq. Saqqalı , üzü də palçıq olmuşdu?” dedi.
 
Qoca “Hər yeri palçıq olmuşdu. Evinə qədər ötürdüm” dedi.
 
İşıqçı babanın danışdıqları gözlərimin önündə canlandı. Axsaq Qasım “Yalan! Yalan!” deyə qışqırdı. Uşaqlardan biri “Doğrudur!” deyə cavab verdi. Əhməd “Bir də o fənəri kim sındırsa, onu tutum İşıqçı babaya verəcəm” dedi. İşıqçı baba “Afərin. Daha sındırmayacaqsınız, deyilmi?” dedi.
 
– Yox-yox deyə cavab verdik. Qoca ağac nərdivanını götürüb gözdən itdi. Həqiqətən o gündən sonra fənərin şüşəsini bir də sındırmadıq. Artıq o fənərə heç kim daş atmır. Onun yaxınlığında addımlayanda uşaqlığımın bir anını və İşıqçı babanı xatırlayıram.
 
Doppi – Özbəkistanda uşaqların və böyüklərin başlarına qoyduğu milli papaq
 
Müəllif: AYBEK
 
Tərcümə etdi: Ruslan Dost Əli
Share: