Odessanın Luzanovka qəsəbəsinin sakinləri elektrik enerjisinin olmamasına görə etiraz aksiyası keçirirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Strana” qəzeti məlumat yayıb.
Bildirilib ki, etirazçılar 5 gün işıqsız qaldıqlarına üçün bir neçə nəqliyyatın hərəkətini bağlayıblar.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırda ölkənin enerji sistemini tam bərpa etmək mümkün deyil. Buna görə səhər saatlarında Dnepr, Kiyev və Odessada elektrik enerjisinin verilişində yenidən fövqəladə fasilələr yaranıb.