İslam dövlətlərinin liderləri Fələstin üçün Türkiyədə toplaşır

Bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı keçiriləcək.

Müstəqil.Az xəbər verir ki, toplantıda Suriyanın Qəzza zolağında baş verən qətliamdan sonra ABŞ və İsrailə qarşı atılacaq addımlar müzakirə ediləcək.

Bundan başqa, Şərqi Qüdsün Fələstinin işğal altındakı paytaxtı olaraq tanınması, BMT-nin dərhal hərəkətə keçməsi, İsrail işğalının sona çatdırılması və 1967-ci ildə təyin edilən sərhədlərdə müstəqil Fələstin dövlətinin qurulması məslələri masaya qoyulacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq edəcəyi zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, İordanita kralı II Abdulla, Küveyt əmiri Şeyx Sabah Əl Əhməd, Əfqanıstan prezidenti Əşrəf Qani, Mavritaniya prezdidenti Məhəmməd Vələd Əbdüləziz, Pakistan prezidenti Məmnun Hüseyn, Qətər əmiri Təmim ibn Həmad Əl Tani, Fələstin prezidenti Rami Rəmdallah, Sudan prezidenti Ömər Əl Bəşir və Şimali Kipr prezidenti Mustafa Axıncı qatılacaq.

Zirvədən sonra nəticə hesabatı yayımlanacaq.

Türkiyə prezidenti zirvə çərçivəsində BMT-nin fələstin qaçqınları ali komissarı Pier Krahenbühlə görüşəcək və fələstinlilər üçün başlatdığı Ramazan yardımlarının orucluq ayı boyubnca davam etməsi üçün ölkə liderlərindən yardım istəyəcək.

 

Share: