Fransa hökuməti islamofobiya ilə bağlı öz stategiyasını, vizyonunu dəyişməsə, qarşıdakı 10 ildə Fransa vətəndaş müharibəsi ilə üz-üzə qala bilər”.
xəbər verir ki, bunu Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində “Fransada anti-İslam siyasəti: İslamofobiyanın normallaşdırılması” adlı paneldə Parisdə Geostrateji Araşdırmalar üzrə Avropa Ərəb Akademiyasının direktoru Mohammed El Maazouz çıxışında deyib.
O, islamofobiyanın kökləri, strukturlaşdırılması və təlqin metodları barədə danışaraq deyib ki, aparılan son araşdırmalara görə, nəşrlərdə islamofobiya nitqləri ötən illərlə müqayisədə 31 faiz artıb:
“Fransa hökuməti öz stategiyasını, vizyonunu dəyişməsə, Fransa vətəndaş müharibəsi ilə üz-üzə qalacaq və bu qarşıdakı 10 ildə baş verə bilər”.