Sentyabrın 21-də İsmayıllı rayonunda Yeni Azərbaycan Partiyasının Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir və Qəbələ rayon ilk təşkilat sədrlərinin iştirakı ilə zona müşavirəsi və gənclərlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən öncə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib, onların problemlərini dinləyib, həlli üçün tədbirlər görüləcəyin bildirib. Sonra qonaqlar gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Müşavirədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatları, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahmov, Azərbaycan Qızıl Aypara Cəmiyyətnin sədri Novruz Aslanov, rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov çıxış edib. Əli Əhmədov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, gördüyü işlərdən danışıb. O, bildirib ki, partiyanın və ölkəmizin inkişafında gənclərin rolu böyükdür. Hazırda YAP-ın 750 mindən çox üzvü var, bunun da 40 faizi gənclərdr. Ölkəmizdə gənclərin siyasi fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev apardığı siyasətdə həmişə gənclərə önəm verir: “Bu, təsadüfi deyil, gələcəyimiz gənclərlə bağlıdır. İstər dövlət, istər cəmiyyət, istər də partiyamızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, müxtəlif tədbirlər keçiririk, onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının bir hissəsi gənclər birliyində birləşiblər və bununla da onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər”.
Natiqlər gənclərin daha fəal olmasını, sosial şəbəkələrdə ölkəmizi nüfuzdan salmağa çalışan şəxslərə biganə qalmamağı, onların yalan və böhtanlarına münasibət bildirməyi, dövlətimiz naminə təxribatla məşğul olan insanlarla mübarizə aparmağı, Azərbaycanın milli maraqlarını qorumaq üçün xəyanətkar qüvvələrin çirkin əməllərini pisləməyi tövsiyə ediblər. “Azərbaycan gəncləri yaxşı təhsil almalı, sağlam böyüməli, idmanla, bədən tərbiyəsi ilə məşğul olmalıdır”.
Davud Tarverdiyev
Müstəqil.Az