İspaniya Hökumətinin sədri Prezident İlham Əliyevi təbrik edib

İspaniya Hökumətinin sədri Prezident İlham Əliyevi təbrik edib

İspaniya Hökumətinin sədri Prezident İlham Əliyevi təbrik edib

İspaniya Hökumətinin sədri Pedro Sançez Prezident İlham Əliyevi təbrik edib.

xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Fevralın 7-də keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İspaniya Hökumətinin adından Sizə təbrikimi çatdırıram.

Yeni mandatınız dövründə Sizə bol uğurlar arzu edir və son illərdə irəliləyişlərin nəzərə çarpdığı iqtisadi sahə də daxil olmaqla İspaniya Hökumətinin ölkələrimiz arasında əlaqələrin inkişafını davam etdirmək istəyini Sizə bildirir, qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialının mövcud olduğunu qeyd edirəm.

Həmçinin bu günədək sülh yolunda göstərilən səyləri davam etdirmək üçün lazım olanı arzulayır, Qafqaz regionu üçün tezliklə ədalətli, davamlı və beynəlxalq hüquq tərəfindən hörmətlə qarşılanan sülhün olması istəyimi Sizə çatdırıram. Bilirsiniz ki, bunun üçün İspaniyanın və Avropa İttifaqının dəstəyi Sizinlədir.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı çatdırıram”.

Share: