İspaniya Katolik Kilsəsi pedofiliyaya görə üzr istədi

İspaniya Katolik Kilsəsi pedofiliyaya görə üzr istədi

İspaniya Katolik Kilsəsi yetkinlik yaşına çatmayanlara qarşı cinsi qısnama və zorakılıq hallarına görə üzr istəyib və belə hadisələrlə sona qədər mübarizə aparmaq niyyətində olduğun bəyan edib.

Bu barədə İspaniya Yepiskop Konfransının sədri, Barselona kardinal-arxiyepiskopu Xuan Xose Omelha danışıb.

“Bağışlanmaq kifayət deyil, biz bu bəlanın cəmiyyətimizdən yox olmasını istəyirik. Bu səbəbdən kilsə hakimlər, prokurorluq və ombudsmanla əməkdaşlığı davam etdirir, əlimizdə olan bütün məlumatları verir və protokollarımızı aktivləşdiririk. Kilsə Avropada hər beş uşaqdan birinə qarşı baş verən bu bəla ilə mübarizəyə rəhbərlik etmək istəyir”, – din xadimi bildirib.

Mənbə: lenta.ru

Share: