İspaniya yığmasının baş məşqçisi Luis Enrike 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonunda postunu tərk edəcək.
Mənbənin məlumatına görə, İspaniya millisinin rəhbərliyi artıq Enrikenin baş məşqçi kimi davamçısı ilə bağlı qərar verib. Favorit daha əvvəl “Sevilya”, “Valensiya”, “Vilyarreal” və “Atletika”da (Bilbao) çalışmış Marselino Toraldır.
Enrike 2019-cu ildən İspaniya millisində çıxış edir. Onun rəhbərliyi altında İspaniya yığması 2020-ci il Avropa çempionatının yarımfinalına yüksəlib. Qətərdə keçirilən dünya çempionatında İspaniya ikinci yerdən Yaponiya, Almaniya və Kosta-Rika ilə qrupdan çıxaraq pley-offa vəsiqə qazana bilib. 1/8 finalda Enrikenin yetirmələri Mərakeşlə qarşılaşacaq.
Mənbə: Marca