İspaniya Müdafiə Nazirliyi NATO-nun şərq cinahını möhkəmləndirmək üçün Bolqarıstan və Rumıniyaya 14 qırıcı təyyarə yerləşdirəcək.
Bildirilir ki, altı “Eurofighter” və 130 hərbçi yerli qüvvələrə təlim keçmək üçün noyabr-dekabr aylarında Bolqarıstana gedəcək. Növbəti yerləşdirmə 2023-cü ilin dekabr-mart ayları arasında Rumıniyaya nəzərdə tutulur. Buxarest isə səkkiz F18M döyüş təyyarəsi və 130 hərbçi qəbul edəcək.
Bununla yanaşı, Rumıniyada oktyabrın 17-dən etibarən 2023-cü ilin iyun ayının sonuna qədər fəaliyyət göstərəcək uzaqmənzilli havadan müşahidə radarı yerləşdiriləcək.
Mənbə: “Frans Press”