İspaniya polisi dənizdə küllü miqdarda kokain ələ keçirdi

İspaniya Milli Polisinin agentləri açıq dənizdə 1,5 ton kokain daşıyan gəmi ələ keçiriblər.

Müstəqil.Az xəbər verir ki, əməliyyat İspaniya hərbçilərinin, habelə Böyük Britaniya, Fransa, Portuqaliya və Braziliya hüquq mühafizə orqanlarının köməyi ilə aparılıb.

Narkotiklər Braziliyadan İspaniyaya istiqamət götürən balıqçı gəmisində olub. Polislər kokain gətirildiyini qabaqcadan biliblər. Hələ aprel ayından hüquq mühafizə orqanlarının nəzarətində olan gəmi saxlanılanda içərisində yeddi nəfər olub. Onların hamısı həbs edilib. Yük müsadirə edilərək Las-Palmas-de-Qran-Kanariya limanına gətirilib.

Müstəqil.Az

Share: