İspaniyada bu yay istilərdən rekord sayda ölüm qeydə alınıb

İspaniyada yayda istilər səbəbindən 4,6 mindən çox insan həyatını itirib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə III Karlos Sağlamlıq İnstitutunun saytında məlumat yayılıb.

Gündəlik ölüm hallarının monitorinqi sisteminə əsasən, iyunun 1-dən avqustun 30-dək istilərdən ümumilikdə 4655 nəfər ölüb. Ən yüksək göstəricilər iyul və avqust aylarındadır – müvafiq olaraq 2223 və 1602 ölüm.

İyulda və avqustun əvvəlində bütün İspaniyada temperatur 38-40 dərəcəyə yüksəldi.

Müstəqil.Az

Share: