İspaniyada güclü meşə yanğınları davam edir.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, ölkənin qərbində yerləşən kəndlərdən təqribən 600 nəfər təxliyə edilib.
Alovların 8 min hektara qədər meşə ərazisini məhv etdiyi bildirilir.
Yanğının söndürülməsinə 260 yanğınsöndürən və 165 əsgər cəlb olunub. Buna baxmayaraq, külək təbii fəlakətlə mübarizəni çətinləşdirir.
Yanğının qəsdən törədilyinə dair şübhələr var.