İspaniyanın cənubundakı Algeciras şəhərində kilsəyə samuray qılıncı ilə hücum olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücumda 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hücumun səbəbkarı olduğu ehtimal edilən şəxs polis tərəfindən saxlanılıb.
İspaniya mətbuatı yaralananlar arasında kilsənin keşişinin də olduğunu və hücumda onun ağır yaralandığını açıqlayıb.